Güney Azərbaycan  Aktivistlərinin COP29 müraciəti
Özgür İrade 0

Güney Azərbaycan Aktivistlərinin COP29 müraciəti

280 people have signed this petition. Add your name now!
Özgür İrade 0 Comments
280 people have signed. Add your voice!
28%
Maxine K. signed just now
Adam B. signed just now

Güney Azərbaycanın Ətraf Mühit, Vətəndaş və Siyasi Aktivistlərinin BMT-nin ixtiyarında keçirilən 29-cu İqlim Dəyişikliyi Sammitinin hörmətli təşkilatçısına müraciəti

Salamlar və qlobal ətraf mühitin qorunması və dəstəklənməsi yolunda sizə uğurlar arzulayırıq.

Bütün bəşəriyyətin ortaq sərvəti olan ətraf mühitin qorunması üçün, İranın qeyri-demokratik və məsuliyyətsiz hakimiyyətinin Güney Azərbaycanda yaratdığı əsas ətraf mühit problemlərini hazırda Azərbaycan Respublikasının ev sahibliyi etdiyi COP29 Sammitinin rəhbərliyinə çatdırmaq istərdik.

Ümid edirik ki, bu məktub vasitəsilə Güney Azərbaycanın ətraf mühit problemləri və tələbləri, xüsusən sammitin ev sahibi olan və haqlı olaraq özünü dünya Azərbaycanlılarının maraqlarının qoruyucusu kimi təqdim edən cənab Prezident İlham Əliyevin nəzərinə çatdırılacaqdır.

1. İran hökuməti tərəfindən Urmiya gölünün qəsdən qurudulmasının qarşısının alınması – Bu, birinci növbədə göl ətrafında yaşayan 15 milyon insanın həyatını birbaşa təhdid edir və mütəxəssislərin proqnozlarına görə, növbəti mərhələdə 500 km radiusda duz tozlarının yaratdığı potensial təhlükə olacaqdır.

2. Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından Araz çayına atılan kimyəvi və radioaktiv tullantıların dayandırılması və qarşısının alınması, cənub bölgələrində yaşayanlar arasında geniş yayılmış ağciyər, həzm və dəri xərçənglərinin artmasına səbəb olub. Bu çirklənmə Xəzər dənizinə də təsir göstərir və uzun müddət ərzində ekoloji təsirlərinin daha da ağırlaşacağı gözlənilir.

3. Təbriz və Binab şəhərlərindəki elektrik stansiyalarında mazutun yandırılmasının dərhal dayandırılması – Halbuki İsfahan, Ərak, Tehran və İranın digər bölgələrindəki elektrik stansiyaları mazut yandırmanı dayandırıb və təbii qazdan istifadə edir.

4. İran hökumətinə Qaradağ bölgəsində yerləşən Süngün mis yataqlarında, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran qızıl yataqlarında, Zəncan və Güney Azərbaycanın digər bölgələrində istismar məqsədilə həddindən artıq siyanid istifadə edilməsi ilə bağlı xəbərdarlıq. Bu, həmin ərazilərdə xəstəliklərin artmasına və ətraf mühitə geri dönməz ziyanlar vurulmasına səbəb olub.

5. Ətraf mühit aktivistlərinə qarşı əsassız ittihamlarla cəza tədbirlərinin dayandırılması tələb olunur, çünki onlar casusluq və xarici ölkələrlə əlaqə kimi əsassız ittihamlarla üzləşirlər.

Güney Azərbaycanın Ətraf Mühit, Vətəndaş və Siyasi Aktivistləri



نامه فعالان محیط زیست، مدنی و سیاسی آزربایجان جنوبی به ریاست محترم برگزارکننده بیستونهمین اجلاس تغییرات اقلیمی تحت نظر سازمان ملل متحد در باکو

با سلام و آرزوی موفقیت در راستای حمایت و حفظ محیط زیست جهانی،

در راستای پاسداری از سرمایههای محیط زیستی که دارایی مشترک تمامی انسانهاست، مایلیم بخشی از مشکلات عمده محیط زیستی را که به دلیل عملکرد حاکمیت غیرمردمی، غیردموکراتیک و غیرپاسخگوی ایران در آزربایجان جنوبی به وجود آمده است، به اطلاع مدیریت اجلاس COP29 که هماکنون به میزبانی جمهوری آزربایجان در حال برگزاری است، برسانیم.

امیدواریم این نامه سبب شود که مشکلات و مطالبات محیط زیستی مردم آزربایجان جنوبی به گوش شرکتکنندگان این اجلاس، بهویژه میزبان آن، جناب رئیسجمهور الهام علیاف، که بهحق خود را حافظ منافع تمام آزربایجانیهای جهان معرفی کردهاند، برسد.

۱- جلوگیری از خشک شدن عمدی دریاچه اورمیه توسط دولت ایران که در مرحله اول بهطور مستقیم زندگی ۱۵ میلیون نفر از ساکنان اطراف این دریاچه را تهدید میکند و طبق پیشبینی متخصصان محیط زیست، در مرحله بعدی تا شعاع ۵۰۰ کیلومتری، خطر بالقوه طوفانهای نمکی را بهوجود خواهد آورد.

۲- اخطار و جلوگیری از تخلیه فاضلاب حاوی زبالههای شیمیایی و اتمی نیروگاه مئتسامور ارمنستان به رود آراز (ارس) که سبب افزایش سرطانهای ریوی، گوارشی و پوستی در ساکنان جنوب رود آراز شده و این آلودگی به دریای خزر نیز انتقال یافته و تأثیرات منفی اکولوژیکی آن به مرور بیشتر خواهد شد.

۳- هشدار و توقف سریع مازوتسوزی در نیروگاههای برق تبریز و بناب، در حالی که نیروگاههای اصفهان، اراک، تهران و سایر مناطق ایران مازوتسوزی را متوقف کرده و از گاز طبیعی استفاده میکنند.

۴- اخطار به دولت ایران درباره استفاده استثماری و بیرویه از سیانور جهت استخراج از معادن غنی مس سونگون در منطقه قاراداغ، آزربایجان شرقی و معدن طلای زرشوران در تیکانتپه، آزربایجان غربی و معادن استان زنجان و دیگر مناطق آزربایجان جنوبی که منجر به افزایش بیماریهای گسترده در این مناطق و وارد آمدن خسارتهای جبرانناپذیر به محیط زیست شده است.

۵- درخواست توقف مجازاتهای ناعادلانه فعالان محیط زیست که به بهانههایی چون جاسوسی و وابستگی به کشورهای خارجی با اتهامات واهی مواجه شده و تحت فشار قرار میگیرند.

فعالان محیط زیست، مدنی و سیاسی آزربایجان جنوبی

Share for Success

Comment

280

Signatures